...

Əmək Müfəttişliyinin rəhbəri: "Azərbaycanda ilin əvvəlindən bəri tikinti işlərində 50-dən çox insan həlak olub"

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Noyabr 2007 14:12 (UTC +04:00)
Əmək Müfəttişliyinin rəhbəri: "Azərbaycanda ilin əvvəlindən bəri tikinti işlərində 50-dən çox insan həlak olub"

Azərbaycan, Bakı/ Trend müxbir Ü.İsmayılova/ Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əmək Müfəttişliyi ilin əvvəlindən bəri istehsalatda təqribən 100 ölüm hadisəsi qeydə alıb. Ölüm hallarının yarıdan çoxu tikinti işlərində baş verib. Bu barədə cümə axşamı Əmək Müfəttişliyinin rəhbəri Nəbi Şükürlü məlumat verib.

"Tikintilərdə baş verən bədbəxt hadisələrin əksəriyyəti yüksək mərtəbələrdən yıxılma nəticəsində baş verib" - deyə Şükürlü bildirib.

Əmək Müfəttişliyi dəfələrlə tikintilərdə texniki təhlükəsizlik qaydalarına əməl olunması barədə xəbərdarlıq edib ki, burda da xüsusi kəmərlərdən, kaska və eynəklərdən istifadə və digər tədbirlər nəzərdə tutulur.

Avqusta ayında Bakının mərkəzi küçələrindən birində 16 mərtəbəli bina uçub. Ekspertlər bildirmişdilər ki, binanın uçmasının səbəblərindən biri texniki təhlükəsizlik qaydalarının pozulması olub.

Xəbər lenti

Xəbər lenti