...

Azərbaycanın böyük özəl bankı 50 mln. dollar kredit cəlb edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Dekabr 2007 19:56 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir Ü.İsmayılova/ Azərbaycanın böyük özəl banklarından biri Bank Standard "Raiffeisen Zentralbank Österreich AG", "Standard Bank Plc" və "VTB Bank Europe" ilə 48 mln. dollar məbləğində sindikatlaşdırılmış kredit ayrılması haqqında müqavilə imzalayıb. Bu barədə bankın çərşənbə günü yaydığı məlumatda bildirilir. Adı çəkilən təşkilatçı banklar "Bank Standard"a 35 mln. ABŞ dolları həcmində kredit xəttinin ayrılmasını planlaşdırıb. Lakin investorların bu sövdələşməyə göstərdikləri böyük maraq "Bank Standard"ı kredit həcmini artırmaq barədə qərara sövq edib. Nəticədə, ümumi məbləğ bankın bu ilin may ayında cəlb etdiyi ilk klub kreditindən 2 dəfə çox olmaqla, cəmi 48 mln. ABŞ dolları təşkil edib. Bu kredit ölkənin özəl bank sektorunda beynəlxalq maliyyə institutlarının iştirakı olmadan, birbaşa həyata keçirilmiş ən böyük beynəlxalq maliyyə cəlbolunma əməliyyatıdır. Kredit iki tranşdan ibarətdir. 12 ay müdətinə təqdim olunan 22 mln. ABŞ dolları həcmindəki ilk tranş üçün LİBOR + 2.75%, 18 ay müddətinə nəzərdə tutulan 26 mln. ABŞ dolları həcmindəki ikinci tranş üçünsə, LİBOR + 3% dərəcəsi tətbiq olunacaq. Son sindikatlaşdırılmış kredit sövdələşməsində təşkilatçılar da daxil olmaqla, cəmi 16 irimiqyaslı bank iştirak edir. "Bank Standard" Azərbaycan maliyyə bazarında 1995-ci ildən fəaliyyət göstərir. Aktivlərin ümumi həcmi, kredit portfeli, depozit bazası, məcmu capital və gəlirlilik göstəricilərinə görə. "Bank Standard" ölkənin ən böyük özəl bankı sayılır.

Xəbər lenti

Xəbər lenti