...

Azərbaycanın Əmək Nazirliyi "İstehsalatda baş verən bədbəxt hadisələrdən icbari sosial sığorta haqqında" Qanun qəbul etməyi təklif edir- nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Dekabr 2007 18:00 (UTC +04:00)
Azərbaycanın Əmək Nazirliyi "İstehsalatda baş verən bədbəxt hadisələrdən icbari sosial sığorta haqqında" Qanun qəbul etməyi təklif edir- nazir

Azərbaycan, Bakı, / Trend , müxbir S.Babayeva/ Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun çərşənbə günü verdiyi məlumata görə, nazirlik hökumətə istehsalatda baş verən bədbəxt hadisələrdən icbari sosial sığorta haqqında qanun layihəsi təqdim edib.

"Bu gün tikintidə, eləcə də, digər sahələrdə işəgötürənlər bədbəxt hadisələr zamanı işçilərə dəyən ziyanı ödəməlidirlər. Bu, əksər hallarda problemə çevrilir" - deyə nazir bildirib.

Ələkbərovun sözlərinə görə, hazırlanmış qanun layihəsi bu sahədə mövcud problemlərin həllinə xeyli kömək edəcək.

"Qanun layihəsinin qəbul olunsa, işəgötürən icbari şəkildə öz işçisini bədbəxt hadisələrdən sığortalayacaq" - deyə Ələkbərov qeyd edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin məlumatına görə, ölümlə nəticələnən bədbəxt hadisələrin böyük əksəriyyəti tikinti sektorunun payına düşür. İlin əvvəlindən etibarən, işdə qüsurlarla bağlı, Əmək Müfəttişliyi 8 tikinti şirkətinin apardığı tikinti işlərini dayandırıb.

Əmək Müfəttişliyinin məlumatına görə, yanvar-noyabr aylarında ölkədə istehsalatda 273 bədbəxt hadisə baş verib, bunlarlan 100-ü ölümlə, 173-ü müxtəlif dərəcəli zədə ilə nəticələnib.

Xəbər lenti

Xəbər lenti