...

"Azərbaycan İnvestisiya Şirkəti" ölkədəki ən iri sement zavodunun səhmdarı olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Dekabr 2007 17:21 (UTC +04:00)
"Azərbaycan İnvestisiya Şirkəti" ölkədəki ən iri sement zavodunun səhmdarı olub

Azərbaycan, Bakı/ Trend , müxbir İ.Xəlilova/ "Azərbaycan İnvestisiya Şirkəti" SC Garadagh Cement SC-nin səhmdarları ilə, sement zavodunun bu SC-nin idarə etdiyi Nizamnamə kapitalında 10% iştirak payının alınması barəsində razılığa gəlib. Bu barədə cümə axşamı "Azərbaycan İnvestisiya Şirkəti" SC-nin icracı direktoru Anar Axundov məlumat verib. Garadagh Cement-in əsas səhmdarı olan İsveçrənin Holcim şirkəti dekabrın 25-də "Azərbaycan İnvestisiya Şirkəti"-nə müqavilə layihəsinin sonuncu variantını təqdim edib. Onun sözlərinə görə, Garadagh Cement SC-də 10% iştirak payının alınması haqqında müqavilə yanvarda imzalanacaq. "Azərbaycan İnvestisiya Şirkəti"-nin Garadagh Cementdə iştirakı haqqında investisiya qərarının Müşahidə Şurasının 2008-ci ildə keçiriləcək birinci iclasında qəbul edilməsi gözlənilir. "Azərbaycan İnvestisiya Şirkəti" əvvəllər Garadagh Cement SC-də 20% pay almağa iddia edib. "Lakin biz minoritarlıq fikrini saxlayırıq və sement zavodunun səhmdarları ilə səhmlərin 10%-nin bizə satılması haqqında razılığa gəlmişik" -Axundov bildirib.

Xəbər lenti

Xəbər lenti