...

Azərbaycanda ÜDM 25 faiz artıb – Dövlət Komitəsinin rəhbəri (video)

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Yanvar 2008 14:05 (UTC +04:00)
Azərbaycanda ÜDM 25 faiz artıb – Dövlət Komitəsinin rəhbəri (video)

Azərbaycan, Bakı, 23 yanvar / Trend , müxbir A.Bədəlova/ 2007-ci ildə Azərbaycanda ÜDM 2006-cı ilin 20,5 mlrd. manatı ilə müqayisədə 25,2 mlrd. manata çatıb. Bu barədə çərşənbə günü mətbuat konfransında Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev məlumat verib.

ÜDM-in ümumi həcmindən 59,2 faizi sənaye, 6,2 faizi kənd təsərrüfatı, 7,1 faizi tikinti kompleksi, 5,8 faizi ticarət və pul xidmətləri, 4,2 faizi nəqliyyat, 1,9 faizi rabitə, 8,3 faizi digər xidmətlər və sosial sahə, 7,3 faizi isə məhsul və idxaldan gələn təmiz vergilərin payına düşüb.

Dövlət Komitəsi rəhbərinin bildirdiyinə görə, 2007-ci ildə 22,2 mln. manat məhsul istehsal olunub ki, bu da 2006-cı ilə nisbətdə 24 faiz çoxdur. Ötən il tikinti kompleksinə 6774,8 mln. manat investisiya yatırılıb. Bu həcmin 3615,6 mln. manatı tikinti-montaj işlərinin payına düşüb.

"2007-ci ildə Azərbaycan nəqliyyatı vasitəsilə 167,3 mln. ton yük və 1,1 mlrd. sərnişin daşınıb. Yüklərin daşınma həcmi 14,9 faiz, sərnişin daşınma isə 8 faiz artıb. Yük daşınmasının ümumi həcmindən 16,7 faizi dəmir yolu, 48,9 faizi avtomobil yolu, 28,3 faizi boru kəməri nəqliyyatının payına düşüb. Avtomobil nəqliyyatı ilə 84, metropoliten vasitəsilə isə 15,3 faiz sərnişin daşınıb" - deyə Komitə sədri bildirib.

Vəliyevin sözlərinə görə, 2007-ci ilin dekabrında 1 ABŞ dollarının orta aylıq məzənnəsi 0,85 manat, 1 avro 1,23 manat, 100 rus rublu isə 3,44 manat təşkil edib. Orta illik məzənnə isə dollar üzrə 0,86, avro üzrə 1,18, rubl üzrə 3,35 manat təşkil edib.

Xəbər lenti

Xəbər lenti