...

2008-ci ildə Gəncə avtomobil zavodu 350 MAZ yük maşını istehsal edəcək – müəssisə rəhbəri

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Fevral 2008 14:13 (UTC +04:00)
2008-ci ildə Gəncə avtomobil zavodu 350 MAZ yük maşını istehsal edəcək – müəssisə rəhbəri

Azərbaycan, Bakı, 07 fevral / " Trend ", müxbir S.Əliyev / Ay ərzində Azərbaycana Gəncə avtomobil zavodunda MAZ Belarusun yük avtomobillərinin quraşdırılması üçün tələb olunan hissələr gətiriləcək və bu avtomobillərin buraxılışı başlayacaq, cümə axşamı müəssisə rəhbəri Xanlar Fətiyev deyib.

Çərşənbə günü Gəncə avtomobil zavodunun və Azərbaycanda səfərdə olan Belarus müəssisəsinin rəhbərləri arasında görüş baş tutub. Fətiyevin sözlərinə görə, danışıqların gedişatında əldə edilən razılıqlara əsasən, altı ay ərzində Gəncə avtomobil zavodunun xidmət idarəsinin bazasında bütün Azərbaycan ərazisində MAZ avtomobillərinə texniki xidmət üçün servis xidməti yaradılacaq. Hazır məhsulun qonşuluqdakı ölkələrə ixracı da planlaşdırılır,

Ötən il ərzində Azərbaycanda müxtəlif tədarükçülərlə 200 MAZ avtomobili satılıb.

Bu il ərzində zavodda 350 avtomobil istehsalı gözlənilir.

Danışıqların gedişatında MAZ avtomobillərinin bazasında kommunal texnikaların quraşdırılması razılığına da gəlinib.

Hazırda Gəncə avtomobil zavodunda "Belarus" traktorları yığılır. Onların qiyməti 13 mindən 35 min arasındadır. Zavod MAZ avtomobillərinin tam quraşdırılmasına hazırdır. Minsk avtomobil və Minsk traktor zavodlarının bütün növ yük avtomobil və traktorlarının Azərbaycanda quraşdırılması və satışına dair müuqavilə 2006-cı il noyabrın axırında imzalanıb. Gəncə zavodu Azərbaycanda bir ildə 1000 yük maşını və 2000 traktor quraşdırmaq gücündədir.

Xəbər lenti

Xəbər lenti