...

BMT iqtisadçısı bu il Qazaxıstan iqtisadiyyatının perspektivləri barədə ehtiyatlı nikbinlik bildirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Fevral 2008 17:54 (UTC +04:00)
BMT iqtisadçısı bu il Qazaxıstan iqtisadiyyatının perspektivləri barədə ehtiyatlı nikbinlik bildirib

Qazaxıstan, Astana, 15 fevral / Trend , müxbir K.Konırova/ Qazaxıstan iqtisadiyyatında mövcud problemlərin bir çoxunu dünyanın maliyyə bazarlarında qlobal sarsıntılar törədib. Bu barədə Astanada keçirilən brifinqdə jurnalistlərə BMT İnkişaf Proqramının iqtisadiyyat üzrə eksperti Ben Sley bildirib.

Onun rəyinə görə, Qazaxıstan banklarının xarici banklardan MDB-də görünməmiş dərəcədə kredit götürməsi bizim ölkənin xarici bazarlardan xammal asılılığı və Qazaxıstandan artan kapital çıxışı fonunda potensial qeyri-stabillik amilidir.

Sley hesab edir ki, Qazaxıstan iqtisadiyyatının inkişaf tempi uzun müddət kifayət qədər yüksək səviyyədə qalacaq - ÜDM-nın təxminən beş faiz artması, Qərbi Avropa ölkələri və ABŞ - da gözlənilənləri üstələyir.

"Qazaxıstan real orta artıma hazır olmalıdır, bu, yaxın iki-üç il ərzində ölkənin vəziyyətini müəyyənləşdirəcək" - deyə o bildirib.

Sleyin sözlərinə görə, çox güman ki, gələcəkdə dünya üzrə neftin qiymətlərində artım olmaycaaq; ABŞ iqtisadiyyatında resessiya səbəbindən, bu əmtəə bazarında dünya üzrə təlabat aşağı düşür.

"Buna görə, Qazaxıstan iqtisadiyyatının canlanması ölkədə tədricən iqtisadi fəallığın arması ilə əvəz olunacaq ki, bu da, öz növbəsində, inflyasiya göstəricilərinin düşməsinə təsir göstərəcək" - deyə Sley bildirib.

Tengin aparıcı dünya valyutasına münasibətdə mümkün devolvasiyasına dair suala cavab verən ekspert bildirib ki, Milli Bank və Qazaxıstan hökumətinin prinsipial siyasəti Milli Fondun vəsaitləri hesabına onun kursuna stabil təsir göstərəcək.

Xəbər lenti

Xəbər lenti