...

İlkin yoxlamalar Azərbaycanda "quş qripi"nin olmadığını göstərir

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Fevral 2008 15:10 (UTC +04:00)
İlkin yoxlamalar Azərbaycanda "quş qripi"nin olmadığını göstərir

Azərbaycan, Bakı, 22 fevral/ Trend , müxbir S.Babayeva/ İlkin yoxlamalar Azərbaycanda "quş qripi"nin olmadığını göstərir. Bu barədə cümə günü Kənd Təsərrüfatı Nazirliyi nəzdində Dövlət Baytarlıq Xidmətinin mətubat katibi Yolçu Xanvəli məlumat verib.

"Bu gün vəhşi quşlar üzrə monitorinq başa çatır. Növbəti həftə isə ev quşları üzrə monitorinq başlayacaq" - o bildirib.

Azərbaycanın regionlarından 16-dan çox vəhşi quş cəsədinin nümunəsi toplanılıb.

Monitorinq Xəzərin sahilyanı xətti də daxil olmaqla, Abşeronun milli parklarını, Dəvəçi, Salyan, Ağcabədi və Lənkəran rayonlarını əhatə edib.

2008-ci ilin yanvarın 14-dən 25-dək keçirilən birinci monitorinqi ölkə ərazisində virus aşkara çıxarmayıb. Laborator araşdırmaları 1993 ev quşunun qan nümunəsi və 30 patoloji material nümunələri əsasında keçirilib.

Ötən il dövlət xidməti 12 monitorinq keçirib, 8 mindən çox vəhşi və ev quşu nümunəsi öyrənilib. Onlardan heç birində "quş qripi" aşkar edilməyib.

Bu gün Azərbaycanda vəhşi quşların ovu, istifadəsi və satışına 2005-ci ilin payızından tətbiq edilən qadağa qüvvədədir. Bütün baytarlıq sərhəd-buraxılış məntəqələri ölkədə "quş qripinin" yayılmasının qarşısını almaq üçün gücləndirilmiş rejimdə işləyirlər. Dövlət Xidməti ev quşlarını onların çox hallarda xəstəlik daşıyıcıları olan vəhşi quşlarla təmasından qaçmaq üçün qapalı yerlərdə saxlamağı tövsiyə edir.

Xəbər lenti

Xəbər lenti