...

Azərbaycanda ƏDV bir faiz endirilə bilər – vergilər naziri

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Fevral 2008 17:51 (UTC +04:00)
Azərbaycanda ƏDV bir faiz endirilə bilər – vergilər naziri

Azərbaycan, Bakı, 22 fevral / " müxbir İ.Xəlilova, V.Məmmədov / ƏDV-dən daxil olmaların mərkəzləşmiş qaydada yığılması sisteminin səmərəli tətbiqindən 2009-cu ildə bu verginin faiz dərəcəsinin aşağı düşməsi asılıdır, - cümə günü verigilər naziri Fazil Məmmədov Gəncədə deyib. [2008-ci il yanvarın 1-dən ƏDV, ölkənin Dövlət Xəzinəsində vahid depozit hesabına yığılır].

"Biz birinci rübün nəticələrini təhlil edəcəyik, bu mexanizm səmərəli olarsa, gələn ildən ƏDV dərəcəsinin bir faiz aşağı salınması təklif olunacq. Lakin sonrakı illərdə bu məsələyə yenidən baxılacaq", - Məmmədov qeyd edib.

Onun sözlərinə görə, Vergilər Nazirliyi sahibkarlığın inkişafına dəstək çərçivəsində, hazırda 18 faiz səviyyəsində olan əlavə dəyər vergisinə dərəcənin aşağı salınmasında maraqlıdır.

Aparılan araşdırmalara görə, Azərbaycan iqtisadiyyatında hazırki vergi mühitində ƏDV-nin optimal dərəcəsi 14-15 faiz təşkil edir. Bununla əlaqədar, hökumət , ƏDV yığımında şəffaflığı təmin etmək üçün, ƏDV-hesabın tətbiqindən sonra, üç il ərzində bu verginin dərəcəsini bir faiz endirmək niyyətindədir.

Xəbər lenti

Xəbər lenti