...

Naxçıvan MR-də yük daşınmalarının həcmi artır

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Mart 2008 19:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 mart/ Trend / Yanvarda Naxçıvan Muxtar Respublikasında (NMR) nəqliyyat müəssisələri və fiziki şəxslər tərəfindən 544,1 min ton yük və 3650,7 min sərnişin daşınıb. Bu barədə NMR-in Bakıdakı daimi nümayəndəliyindən məlumat veriblər. 2007-ci illə müqayisədə, yük daşınmalarının artımı 10,1, sərnişin daşınmalarının isə 5,1 faiz təşkil edib.

Yük daşınmalarının ümumi həcminin 99,9 faizi (543,6 min ton) və sərnişin daşınmalarının 95,9 faizi (3502 min nəfər) özəl bölmə müəssisələrinin payına düşür.

Statistika üzrə Dövlət Komitəsinin məlumatına görə, 2008-ci ilin yanvarında Azərbaycanın nəqliyyat sektoru tərəfindən 13,3 mln. müxtəlif yük daşınıb ki, bu da 2007-ci ilin yanvarından 8,9 faiz çoxdur. Sərnişin nəqliyyatı tərəfindən yanvarda 89,7 mln. nəfər daşınıb və bu, 2007-ci ilin yanvarına olan göstəricidən 2,8 faiz çoxdur.

Xəbər lenti

Xəbər lenti