...

Azərbaycanda Life sığorta üzrə ilk törəmə şirkəti təsis olunacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Mart 2008 20:36 (UTC +04:00)
Azərbaycanda Life sığorta üzrə ilk törəmə şirkəti təsis olunacaq

Azərbaycan, Bakı, 31 mart / " müxbir U.İsmayılova/ MBASK--Azərbaycanın sığorta şirkətlərindən biri MBASK-Life adı altında törəmə şirkət yaratmaq fikrindədir.Bu şirkət martın ortalarında qəbul olunmuş "Sığorta fəaliyyəti haqqında" Qanunda nəzərdə tutulduğu kimi, həyat sığortası ilə məşğul olacaq. Bu haqda bazar ertəsi MBASK sığorta şirkəti idarə heyətinin sədri Cəmil Məlikov məlumat verib.

"Həyat sığortası çətin və tələb olunan sığorta növüdür. MBASK ayrıca şirkət yaradacaq və həyat sığortasına xidmət göstərəcək. Bizdə həyat sığortasına dair təcrübə var və biz bu xidmət növündə fəaliyyət göstəririk", - Məlikov deyib.

Martın 15-də Azərbatcanda "Sığorta fəaliyyəti haqqında" yeni Qanun qüvvəyə minib. Qanuna əsasən, sığorta şirkətləri üç il ərzində Life və Non-Life şirkətlərinə bölünəcək.Life şirkəti sığorta yığımını azı iki il müddətə sığortaçıların öhdəsinə verə bilər.

2007-ci ilin yekununa görə, MBASK Sığorta həyat sığortası üzrə 1,457 mln.manat məbləğində 449 sığorta polisi bağlayıb.

1992-ci ildən Azərbaycanın sığorta bazarında fəaliyyət göstərən MBASK, dördü vacib olmaqla, 29 növdə sığorta xidməti göstərir. Şirkətin Nizamnamə kapitalı 2 mln. manat təşkil edir. 2005-ci ilin yanvarından MBASK-ın səhmlərinin üçdə biri AYİB-ə məxsusdur.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti