...

Azərbaycan və Estoniya iqitsadi əməkdaşlıq perspektivlərini müzakirə ediblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Aprel 2008 20:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 aprel/ Trend / Estoniya parlamentinin vitse-spikeri Kristina Oyuland Bakıda, iqtisadi inkişaf naziri Heydər Babayevlə görüşdə Azərbaycanla iqtisadi və mədəni sahələrdə əməkdaşlıq etmək arzusunda olduqlarını bildirib. Bu barədə İqtisadi İnkişaf Nazirliyinin çərşənbə günü yayılan məlumatında deyilir.

Oyuland Estoniyanın münasibətlərin daha çox inkişaf etməsini dəstəkləməyə hazır olduğunu bildirib. Görüşdə informasiya texnologiyaları sahəsində əməkdaşlıq məsələləri, eston sahibkarlar tərəfindən Azərbaycan iqtisadiyyatına investisiya yatırmaq imkanaları müzakirə edilib.

Oyuland Avropaya inteqrasiya üçün Avropa qazının bu regiona çatdırılmasının əhəmiyyətini qeyd edib. O qeyd edib ki, ikiqat vergitutmanın aradan qaldırılması ölkələr arasında iqitsadi-ticarət münasibətlərinin inkişafında böyük rol oynayacaq.

Xəbər lenti

Xəbər lenti