...

Beş il ərzində Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların azalacağı gözlənilir – AİB-in hesabatı

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Aprel 2008 19:44 (UTC +04:00)
Beş il ərzində Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların azalacağı gözlənilir – AİB-in hesabatı

Azərbaycan, Bakı, 04 aprel/ Trend / 2007-ci ildə Azərbaycan ÜDM-in artımı neft hasilatı və ixracının artması hesabına 25,4 faiz təşkil edib. Bu barədə Asiya İnkişaf Bankının 2007-ci il üçün (AİB) hesabatında deyilir. Hesabat maliyyə institutunun rəsmi saytında yerləşdirilib.

2007-ci ildə neft hasilatının artması, əsas etibarilə, xammalı "Azəri -Çıraq -Günəşli" yatağından hasil edən Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) hesabına baş verib. Neft Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Qərb bazarlarına ixrac edilir.

2008-ci ildə "Azəri-Çıraq-Günəşli" yatağında Azeri Light növlü neftin hasilatı gündə 1 mln. barelə çatacaq.

Bankın hesabatında deyilir ki, nəqliyyat sektorunda işlərin artması hesabına 2007-ci ildə Azərbaycanda xidmətlər sahəsində artım 25,1 faiz təşkil edib.

Asiya Bankı qeyd edir ki, 2007-ci ildə Azərbaycan iqtisadiyyatına birbaşa investisiyalar iri neft-qaz layihələrində tikinti işlərinin başa çatması ilə əlaqədar 28,9 faiz azalaraq, təqribən $1,3 mlrd. təşkil edib.

"Yaxın beş il ərzində ölkəyə birbaşa xarici investisiyaların azalacağı gözlənilir", - AİB-in hesabatında deyilir. 2007-ci ildə, əsasən, sosial layihələrin inkişafına yönəldilən daxili investisiyaların xüsusi çəkisi 53 faiz təşil edib.

Asiya bankı ölkədə biznesin qeydiyyatının sadələşdirilməsini müsbət qiymətləndirir. Hökumət Azərbaycanda biznesin açılması üçün orta qiyməti və müddəti azaldıb. 2007-ci ildə biznesin açılması üçün müddət 2006-cı ildəki 50 gündən 30 günədək azaldılıb.

"Neft və qaz ixracı hesabına ölkəyə xarici valyutanın daxil olmasının artması inflyasiyaya əlavə təzyiq göstərir", - bank qeyd edir. Azərbaycan Milli Bankının valyutanın sterilizasiyası üzrə səylərinə baxmayaraq, 2007-ci ildə pul təklifi 71,6 faiz arıtb. 2007-ci ildə Azərbaycan manatı ABŞ dollarına münasibətdə, nominal hesabla, beş faiz artıb.

Yüksək inflyasiya ilə əlaqədar, Azərbaycanın əsas ticarət tərəfdaşları ilə müqayisədə, 2007-ci ildə real effekli məzənnə 2004-cü ilin sonundan 20 faiz artıb. İnflyasiya 2002-2006-cı illərdəki səkkiz faizdən 16,7 faizədək artıb. İnflyasiyanın ən böyük artımı 2007-ci ilin yanvarında - hökumətin enerji daşıyıcıları və kommunal xidmətlərin tariflərini qaldırmasından sonra qeyd edilib.

Dünyada neftin qiymətlərinin yüksəlməsi və Azərbaycandan karbohidrogen ixracının həcminin artması Azərbaycanın cari ödəmə balansında $8 mlrd. səviyyəsində profisit yaradıb. İlkin məlumatlara görə, balansda xüsusi çəkisi 90 faiz təşkil edən neft ixracının hesabına, 2007-ci ildə ticarət balansının profisiti 30 faiz artıb. Strateji valyuta ehtiyatları (qızıl istisna olmaqla) 2006-cı ilin sonundakı $2,5 mlrd.-dan $4,3 mlrd.-dək artıb.

Xəbər lenti

Xəbər lenti