Azərbaycan, Bakı, 16 may/ Trend , müxbir S.Babayeva/ Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi nəzdində Dövlət Baytarlıq Xidməti bruselyozla əlaqədar 14 baş xırdabuynuzlu mal-qaranı məhv edib. İdarənin verdiyi məlumata görə, mal-qara Xaçmaz rayonunun Niyazabad kəndinin sakinlərinə məxsus olub.
Kənddə 1217 xırdabuynuzlu mal-qaradan analiz üçün nümunə götürülüb.
Dövlət Xidməti xəbər verir ki, baytarlıq şəhadətnaməsi olmadan xırdabuynuzlu mal-qaranın digər regionlardan təsərrüfatlara daşınması qadağandır.
İdarədən bildiriblər ki, ölkədə aparılan profilaktik tədbirlər nəticəsində, son iki-üç ildə mal-qara arasında bruselyozla xəstələnmənin səviyyəsi nəzərəçarpacaq dərəcədə azalıb.