Azərbaycan, Bakı, 24 may / Trend , müxbir S.Babayeva/ Azərbaycanda yanvar-apreldə, 2007-ci ilin anoloji dövr göstəricisi ilə müqayisədə, məhsul ixracını 189 faiz (və ya $2519152,5 min) artırıb. Bu haqda Dövlət Gömrük Komitəsindən bildirilib (DGK). İxracın ümumi məbləği $3857429,3 min təşkil edib.
Məhsul idxalının ümumi məbləği $1924397,6 minə çataraq, 27 faiz və ya $406575 min təşkil edib.
Komitədən verilən məlumatda bildirilib ki, sözügüdən dövr ərzində Azərbaycan 122 xarici ölkə ilə ticari əməliyyatlar həyata keçirib. Ölkədən 1247 növ məhsul ixrac, 4592 növ idxal olunub.