Azərbaycan, Bakı, 30 may / Trend müxbir İ.Xəlilova/ Azəraycan, Ukrayna, Moldova və Gürcüstanda (GUAM-da iştirak edən dövlətlər) bank sisteminin təşəkkül tapması dövrü artıq başa çatır və aktivlərin ÜDM-ə nisbəti 90-cı illərin səviyyəsinə yaxınlaşdıqda, bank sistemini zamana adekvat hesab etmək olar. Bu barədə Bakıda olan Ukrayna Bankları Assosiasiyasının rəhbəri Aleksandr Suqonyako məlumat verib.
[Ötən ilin yekunları üzrə Azərbaycanda bank sisteminin aktivləri ÜDM-dən 27 faiz, Ukrayna - 85 faiz, Moldova - 60 faiz təşkil edib.]
Hazırda hər ölkədə bank sektorunun inkişafı öz yolu ilə gedir və bu gün bu təşəkkül dövrünün müsbət cəhətləri ilə mübadilə etmək çox vacibdir.
"Bu müsbət cəhətlər daha keyfiyyətli inkişaf üçün ümumsistem vəzifələrinin bir hissəsi olmalıdır. Lakin, sonra bu birgə layihələrin maliyyələşdirilməsində fəal işləməli olan bankların ölkə bazarlarına daxil olmalarına dair bu məsələlərdir", - Squnyako bildirib.
Onun sözlərinə görə, Ukrayna bankları bu gün artıq nümayəndəliklərini açmaqla, Qafqaz regionunda peyda olurlar. Ukrayna banklarının Azərbaycana, Azərbaycan banklarının isə Ukraynaya gəlmələri imkanları bazarların öyrənilməsi, strategiyaların işlənilməsi mərhələsindədir.
"Bizim vəzifəmiz bu prosesi sürətləndirməkdən ibarət olacaq", - Ukrayna assosiasiyasının rəhbəri bildirib.
O hesab edir ki, GUAM ölkələri ərazisində Qara dəniz ətrafında dairəvi yolun tikintisi layihəsinin reallaşdırılması zamanı bankların ehtiyat axtarışında qarşılıqlı əlaqələri maraqlı olardı. Squnyako milli bankların da həmçinin Gürcüstan və Ukrayna arasında bərə keçidinin tikintisi layihəsinin maliyyələşdirilməsində iştirak edə biləcəklərini söyləyib.
Ukrayna prezidenti Viktor Yuşşenkonun Odessa-Brodı-Ploçk-Qdansk neft kəmərinin tikintisi üzrə təşəbbüsü ilə əlaqədar, Bakıdan Avropaya belə neft dəhlizinin işlənilməsi həmçinin müvafiq maliyyə təminatı hesabına həyata keçirilməlidir.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]