Gürcüstan, Tbilisi, 06 iyun/ Trend , müxbir N.Kirtsxaliya/ "Gürcüstan dəmir yolu" MMC infrastrukturun inkişafı məqsədilə, dəmir yolu xətlərinin kompleks reabilitasiyasına dair plan hazırlayıb. MMC-dən verilən məlumata görə, 2008-ci ildə 54 km xətt əsaslı təmir ediləcək ki, bu da ötən il aparılan reabilitasiya işlərini 5,5 dəfə ötür.
Hazırki mərhələdə Tbilisi-Xaşuri dəmir yolunun 17-i kilometrlik hissəsi tamamilə reabilitasiya edilib. Analoji işlər aşırım sahələrində də yerinə yetiriləcək.
"Layihə öz miqyaslılığı ilə əhəmiyyətlidir. Qeyd etmək lazımdır ki, 2005-ci ildən 2008-ci ilədək yalnız 40 kilometrlik xətt dəmir olunub. Cari ildə isə, 54 kilometri təmir etmək planlaşdırılır", - şirkətdən bildiriblər.
Reabilitasiya planı başa çatdıqdan sonra, Samtrediya-Poti dəmir yolu sahəsində hərəkət sürəti artacaq.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]