...

Gəncədə avtovağzal fəaliyyətini dayandırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyun 2008 17:23 (UTC +04:00)

Azərbaycan, Gəncə, 11 iyun/ Trend , müxbir V.Məmmədov/ Gəncədə (Bakıdan 365 km məsafədə) "Turan Express" nəqliyyat MMC-yə məxsus "Şəmkir" avtovağzalı fəaliyyətini dayandırıb. Şirkət hüquqlarının pozulması ilə əlaqədar məhkəməyə müraciət etmək niyyətindədir.

Bu avtovağzalın fəaliyyətinin dayandırılması şəhərin Yeni Gəncə qəsəbəsində yerləşmiş yeni nəqliyyat qovşağının istismara verilməsi ilə bağlıdır. Yeni avtovağzal "MG Trans" MMC-yə məxsusdur.

İcraçı direktor Zirəddin Hacıyevin bildirdiyinə görə, şirkət avtovağzalın fəaliyyətinin dayandırılması barədə məlumatlandırılmayıb.

Nəqliyyat Nazirliyinin nümayəndələri bildiriblər ki, avtovağzalın köçürülməsi barədə məlumat bir neçə gün bundan əvvəl yayılıb. Bu proses Nəqliyyat Nazirliyi və şəhər İcra Hakimiyyətinin dəstəyi ilə həyata keçirilir. Məqsəd şəhərin Nizami küçəsində, köhnə avtovağzalın olduğu yerdə nəqiliyyat sıxlığını azaltmaqdır.

Bu avtovağzaldan respublikanın qərb rayonlarına - Şəmkir, Tovuz, Ağstafa, Qazax, Gədəbəy və Daşkəsən rayonlarına avtobuslar yola düşüb. Gündəlik sərnişin axını 500 nəfər təşkil edib.

Bakı istiqamətində hərəkət edən sərnişin daşıyan avtobuslarında yeni avtovaqzala köçürülməsi planlaşdırılır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti