...

Ukrayna hökuməti Azərbaycanla sosial sahədə əməkdaşlıqdan razıdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyun 2008 18:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 iyun/ Trend müxbir Ü.İsmayılov/ Ukraynaın əmək və sosial siyasət naziri Lyudmila Denisova Beynəlxalq Əmək Təşkilatının (BƏT) 97-ci sessiyasının gedişində Azərbaycanla sosial sahədə əməkdaşlığı genişləndirmək aruzunu bildirib. Bu barədə nazirliyin çərşənbə günü yayılan məlumatında deyilir.

Ukrayna nazirliyinin məlumatında bildirilir ki, Ukrayanın əmək və sosial siyasət naziri Azərbaycanın əmək nazirinin müavini ilə görüşdə ölkələrin sosial sahədə əməkdaşlığından razılığını bildirib.

Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov, öz növbəsində, Denisovu təhlükəsizlik və sağlam əmək, ixtisasların sinifləşdirilməsinin hazırlanması, mütəxəssislərin attestatiyası sahələrində münasibətlərin müzkairəsi üçün Bakıya dəvət edib.

Beynəlxalq Əmək Təşkilatının iyunun 9-dan 13-dək Cenverədə keçirilən 97-ci sessiyasında Almaniya, Filippin, Niderland və digər ölkələrin nümayəndə heyətləri də iştirak edirlər.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti