...

Gürcüstandakı vəziyyət Azərbaycanın neft gəlirlərinin azalması ilə nəticələnib - nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Sentyabr 2008 16:04 (UTC +04:00)
Gürcüstandakı vəziyyət Azərbaycanın neft gəlirlərinin azalması ilə nəticələnib - nazir

Azərbaycan, Bakı, 04 sentyabr/ Trend , müxbir İ.Xəlilova/ Azərbaycanın Maliyyə Nazirliyi Gürcüstandakı münaqişənin Azərbaycanın neft gəlirlərinə təsirini təhlil edir.

"Gürcüstandakı vəziyyət Azərbaycanın neftdən (ixracdan) gələn gəlirlərinin azalması ilə nəticələnib və bunun üçün avqust ərzində göstəriciləri təhlil edirik", - Azərbaycanın maliyyə naziri Samir Şərifov cümə axşamı bildirib.

Onun rəyinə görə, regiondakı hazırkı vəziyyət Azərbaycan iqtisadiyyatına müəyyən təsir göstərsə də, ötən aylar ərzində yığılmış ehtiyatlar 2008-ci il üzrə büdcə proqnozlarını tam yerinə yetirməyə imkan verəcək.

"Azərbaycan hökuməti büdcə proqnozlarını formalaşdırarkən ehtiyatlı siyasət aparır. Belə yanaşmanın tənqid edilməsinə baxmayaraq, biz real vəziyyətdən çıxış edirik və hazırki hadisələr hərəkətlərimizin düzgünlüyünü təsdiqləyir", - nazir bildirib.

Onun sözlərinə görə, hökumət 2009 - cu ildə büdcə proqnozlarının müəyyənləşdirilməsinə yenidən ehtiyatla yanaşmaq niyyətindədir. Bununla əlaqədar, gələn il üçün dövlət büdcəsi layihəsində neftin qiyməti bir barelə görə 70 dollar səviyyəsində müəyyən edilib. İlk dəfə olaraq xammalın bu qiyməti 2008 - ci il üçün dövlət büdcəsinə düzəlişlər zamanı müəyyən edilmişdi. Bunadək hökumət büdcə proqnozlarını formalaşdırarkən, neftin 50 doll/barel qiymətindən çıxış edirdi.

Azərbaycanın Bakı - Tbilisi - Ceyhan, Bakı - Supsa neft kəmərləri, Cənubi Qafqaz qaz kəməri Gürcüstandan keçir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti