...

Rusiyanın fond bazarında vəziyyət müvəqqəti sabitləşə bilər - ekspert

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Sentyabr 2008 15:53 (UTC +04:00)
Rusiyanın fond bazarında vəziyyət müvəqqəti sabitləşə bilər - ekspert

Azərbaycan, Bakı, 18 sentyabr/ Trend , müxbir A.Bədəlova/ Rusiyanın Maliyyə Bazarları üzrə Federal Xidmətinin (MBFX) göstərişi ilə, bu gündən birja bazarında marjinal ticarət aparmaq və təminatsız qiymətli kağızlarla qısa satışlar bağlamaq qadağandır.

Dünən, Rusiya birjalarında səhmlərin kəskin şəkildə dəyərdən düşməsi nəticəsində, RTS (Rusiya Ticarət Sistemi) və MBVB - də (Moskva Banklararası Valyuta Birjası) ticarət dayandırılıb. Bir gün əvvəl yarım gün ərzində, müvafiq olaraq, 6,39 və 3,09 faiz itirən RTS və MBVB - nin indeksləri bağlanılıb.

Rusiyanın ən iri banklarından biri Alfa-Bank-ın baş iqtisadçısı Nataliya Orlovanın sözlərinə görə, Rusiya fond bazarında qiymətlərin düşməsi etibar böhranını və iştirkaçıların təşvişini əks etdirir.

"Bundan əlavə, böyük həcmdə məcburi satışlar olub", - Orlova cümə axşamı elektron poçtla Trend -a bildirib.

Orlovanın bildirdiyinə görə, bank bazarında vəziyyətin sabitləşməsi və etibar böhranının böyüməməsi vacibdir. Onun sözlərinə görə, bu halda fond bazarı yaxın həftədə dibi hiss edə və yaxın bir-iki ayda bu səviyyələrdə sabitləşə bilər.

"Rusiya pul bazarında bir sıra investisiya şirkətlərində azad vəsaitlərin kəskin çatışmazlığı ilə bağlı yaranan likvidlik böhranı başa çatmalıdır ki, bu da, öz növbəsində, satışları sakitləşdirməli və fond birjalarında vəziyyəti sabitləşdirməlidir", - Rusiyanın "AntantaPioqlobal" investisiya qrupu analitik idarəsinin direktor müavini Aleksandr Potavin hesab edir.

Potavinin sözlərinə görə, indi RF sərmayədarlarına bir müddət əvvəl kotirovka təkliflərinin davamlı artımının müşahidə olunduğu Londonda Rusiya ADQ - də (Amerika Depozit Qəbzləri) keçirilən ticarəti səbrlə izləmək qalır.

Orlovanın bildirdiyinə görə, bank bazarında etibarın sabitləşməsinin zəruri olduğu vəziyyətdə RF MB-nin hansı tədbirlər görəcəyi çox vacibdir.

"Məcburi ehtiyatlar fondunun heç olmazsa iki dəfə ixtisar edilməsi çox yerinə düşərdi. Bu banklara təxminən 200 mlrd. rubl vəsait verərdi", - o bildirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti