...

AİB  CAREC-ə üzv ölkələrin əməkdaşlığının gücləndirilməsi üçün institutun yaradılmasını maliyyələşdirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Sentyabr 2008 16:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 sentyabr/ Trend / Asiya İnkişaf Bankı (AİB) CAREC-ə (Mərkəzi Asiya Regional Əməkdaşlıq Proqramı) üzv ölkələrin əməkdaşlığının gücləndirilməsi üçün qarşılıqlı dialoqun koordinasiyası üzrə institutun yaradılmasına $4,5 mln. vəsait ayıracaq.

"CAREC-in yeni institutun virtual təbiətinə görə, daimi yerləşdiyi infrastruktur və ya ştatı olmayacaq", - Bankın Mərkəzi və Qərbi Asiya üzrə regional əməkdaşlıq departamentinin mütəxəssisi Nataşa Devis bildirib.

İnstitut dünya standartları biliklərinin artırılması hesabına regional əməkdaşlığın yaxşılaşdırılması ilə məşğul olacaq ki, bu da regional nəqliyyat və infrastruktur şəbəkəsini, ticarət və energetikanı dəstəkləyəcək.

Asiya Bankı belə bir institutun yaradılması üçün şəxsi txniki yardım fondundan $4 mln., regional əməkdaşlıq və inteqrasiya fondundan isə $0,5 mln. vəsait ayıracaq.

Çinin regional əməkdaşlıq və yoxsulluğun azaldılması fondu $0,5 mln., CAREC-in iştirakçıları isə $0,2 mln. əlavə vəsait ayıracaqlar.

Mərkəzi Asiya Iqtisadi Əməkdaşlığı Proqramı AIB - in təşəbbüsü ilə 1998 - ci ildə təsis edilib.CAREC - səkkiz iştirakçı dövlətin (Əfqanıstan, Azərbaycan, ÇXR, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Tacikistan və Özbəkistan) və altı beynəlxalq təşkilatın (AIB, AYIB, BVF, IIB, BMT Inkişaf Proqramı və Dünya Bankı) tərəfdaşlığıdır.

Proqram infrastruktur layihələrinin maliyyələşdirilməsi və nəqliyyata, ticarətə yardım, ticarət siyasəti və energetika kimi prioritet sahələrdə regional siyasətin təkmilləşdirilməsinə yönəlib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti