...

Həftə ərzində Azərbaycanın valyuta bazarının icmalı

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Oktyabr 2008 20:18 (UTC +04:00)
Həftə ərzində Azərbaycanın valyuta bazarının icmalı

Azərbaycan, Bakı, 06 oktyabr/ Trend , müxbir I.Xəlilova/ Ötən həftənin yekunlarına görə, manatın ABŞ dollarına nisbətən Azərbaycan Milli Bankı tərəfindən təyin edilən rəsmi məzənnəsi 0,0026 bənd (0,26 faiz) möhkəmlənib. Ötən həftə orta məzənnə 1 ABŞ dollarına görə 0,80817 manat səviyyəsində müəyyən edilib.

Dolların manata nisbətdə maksimum məzənnəsi 1 ABŞ dollarına görə 0,8096 manat səviyyəsində oktyabrın 3 - də, minimal məzənnə isə, sentyabrın 29 - da (1 ABŞ dollarına görə 0,8070 manat) təyin edilib.

Manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi

22 sentyabr

0,8111

29 sentyabr

0,8070

23 sentyabr

0,8076 

30 sentyabr

0,8070

24 sentyabr

0,8078

1 oktyabr

0,8070

25 sentyabr

0,8073

2 oktyabr

0,8088

26 sentyabr

0,8069

3 oktyabr

0,8096  

27 sentyabr

0,8070

4 oktyabr

0,8096

Həftə ərzində orta

0,80795

Həftə ərzində orta

0,80817

Həftənin yekunlarına əsasən, manatın ABŞ dollarına nisbətdə Bakı Banklararası Valyuta Birjasında ticarətin yekunları nəticəsində müəyyən edilən məzənnəsi 0,0007 bənd (0,07 faiz) möhkəmlənib. Orta məzənnə 1 ABŞ dollarına görə 0,80865 manat səviyyəsində müəyyən edilib.

Nəzərdən keçirilən dövr ərzində dolların manata nisbətdə maksimum məzənnəsi 1 ABŞ dollarına görə 0,8090 manat səviyyəsində oktyabrın 3 - də,  minimum məzənnəsi isə oktyabrın 2- də (1 ABŞ dollarına görə 0,8083 manat) müəyyən edilib.

Həftə ərzində BEST - də eyni gündə valyutalaşdırılmaqla (T+0) əqdlər baьlanıb: sentyabrın 29-dan oktyabrın 1-dək bayram günləri ilə əlaqədar əqdlər bağlanılmayıb; oktyabrın 2 - də 0,8083 AZN/USD məzənnə ilə $24,5 mln və oktyabrın 3 - də 0,8090 AZN/USD məzənnə ilə $2,73 mln.

Manatın dollara nisbətdə birja məzənnəsi

22 sentyabr

0,8106

29 sentyabr

-

23 sentyabr

0,8071

30 sentyabr

-

24 sentyabr

0,8071

1 oktyabr

-

25 sentyabr

0,8071

2 oktyabr

0,8083

26 sentyabr

0,8063

3 oktyabr

0,8090

27 sentyabr

0,8063

4 oktyabr

-

Həftə ərzində orta

0,80742

Həftə ərzində orta

0,80865

Dilerlər tərəfindən tələbat olmadığından, USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə əqdlər baьlanılmayıb. Banklar tərəfindən BEST-ə RUB/AZN və EUR/AZN alətləri üzrə sifarişlər çıxarılmayıb.

Ötən həftə özəlləşdirmə çeklərinin qiyməti dəyişməyib və 18 manat təşkil edib.

Özəlləşdirmə çeklərinin  müddəti 2010 - cu il yanvarın 1- də başa çatır.

Xəbər lenti

Xəbər lenti