...

Amerika şirkətləri Azərbaycanda iştiraklarını genişləndirmək istəyirlər – Metroplex Group-un rəhbəri

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Oktyabr 2008 16:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 oktyabr/ Trend , müxbir Ü.İsmayılova/ "Amerikanın əksər iri şirkətləri Azərbaycanda öz nümayəndəliklərini açmaq arzularını ifadə ediblər", - Metropolex Group-un - Las-Veqasda yerləşmiş makler, sərmayə və tikinti şirkətinin rəhbəri Pol Murad bazar ertəsi Bakıda bildirib.

"Bu məqsədlə mən Amerika və Azərbaycan sahibkarları arasında danışıqların aparılması üçün körpü yaratmaq niyyətindəyəm", - o bildirib.

Bu körpü azərbaycanlı iş adamlarının Amerika bazarına daxil olmalarına əlverişli şərait yaradacaq. Hazırda azərbaycanlı iş adamları üçün ən faydalı və sərmayə baxımından cəlbedici sahə ABŞ- ın daşınmaz əmlak bazarıdır.

Azərbaycan əsilli Muradın sözlərinə görə,  qadın geyimlərinin satışı üzrə iki iri Amerika şirkəti BCBG və BeBe Bakıda nümayəndəlik açmaq istəklərini ifadə ediblər.

Murad bildirib ki, Azərbaycana səfərinin daha bir məqsədi ABŞ-da geniş inkişaf etmiş realiti - şouların inkişafıdır.

"Düşünürəm ki, ABŞ vətəndaşlarının və əksinə, realiti-şouların yardımı ilə azərbaycanlıların həyatını izləmələri maraqlı ola bilərdi", - o əlavə edib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti