...

"Bank Respublika" Neftçilər filialında müştəri xidmətləri vaxtını uzadıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Oktyabr 2008 13:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 oktyabr/ Trend / "Bank Respublika"nın Bakıda Q.Qarayev pr. 61C ünvanında yerləşən Neftçilər filialı həftənin 5 günü saat 21.00-dək fasiləsiz xidmət göstərməyə başlayıb. Bu barədə bankın cümə günü yayılan məlumatında bildirilir. Bankın Neftçilər filialı bazar ertəsindən cümə gününədək saat 09.00-dan 21.00-dək, şənbə günü isə 10.00-dan 19.00-dək əhaliyə xidmət göstərir.

Uzadılmış axşam saatları ərzində cari hesablar üzrə əməliyyatlar, əmanətin qəbulu, kredit borcunun ödənilməsi, plastik kartlar üzrə əməliyyatlar (kart sifarişi, hesaba mədaxil, kredit xətti üzrə borcun ödənilməsi), Western Union, Contact, Migom, Travelex, PrivatMoney, Bıstraya Poçta, Xpress Money, Blizko və Allür sistemləri ilə təcili pul köçürmələri, Azercell, Bakcell, Nar Mobile mobil operatorlarının xidmətlərinin ödənilməsi, valyuta mübadiləsi kimi əməliyyatlar mümkündür.

Yeni iş vaxtı banka gələ bilməyən müştərilərin ehtiyaclarını və istəklərini nəzərə alaraq "Bank Respublika"nın müştərilərə faydalı olmaq konsepsiyasına uyğun olaraq tətbiq edilib.

"Bank Respublika"nın hazırda 29 filialı və şöbəsi fəaliyyət göstərir. Bakıda həmçinin bankın müştərilərə həftənin bütün günləri 24 saat fasiləsiz xidmət göstərən Ofis24 fəaliyyət göstərir. "Bank Respublika"nın Əhmədli filialı, Memar Əcəmi şöbəsi saat 22.00-dək, Gəncə şöbəsi isə saat 20.00-dək əhaliyə xidmət göstərir.

Bankın digər filial və şöbələri isə müştərilərə həftənin 5 günü saat 9.00-dan 17.00-dək, şənbə günü isə saat 10.00-dan 15.00-dək fasiləsiz xidmət göstərir.

Xəbər lenti

Xəbər lenti