...

Azərbaycanda səhm bazarı azalmaqda davam edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Noyabr 2008 20:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 noyabr/ Trend / 2008 - ci ilin yanvar - oktyabr ayları ərzində Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə aparılmış əməliyyatların ümumi həcmi 7356,70 mln. AZN təşkil edib, bu da ötən ilin müvafiq dövrünün eyni göstəricisini 192,77% üstələyir, - birjanın bazar ertəsi yayılan məlumatında bildirilir. Bu əməliyyatların 97,42% - i dövlət qiymətli kağızlarının payına düşür.

Birja fəallığının artımı mütəşəkkil qiymətli kağızlar bazarının bütün seqmentlərində nəzərə çarpmayıb. Azalma, əsasən, korporativ qiymətli kağızlar sektorunda və notların ilkin bazarında müşahidə edilib. Belə ki, səhmlərin ilkin bazarında həcmin azalması 23,85%, təkrar bazar sektorunda isə 96,85% təşkil edib. İlkin not bazarında 11,87% azalma müşahidə olunduğu vaxtda, təkrar bazar 2,2 dəfə artıb. Ən böyük artım repo əməliyyatları sektorunda və dövlət qısamüddətli istiqrazlarının təkrar bazarında müşahidə edilib.

Bütün alətlər üzrə BFB - də keçirilmiş hərracların nəticələri üzrə müqayisəli cədvəl

(yanvar-oktyabr, 2008)

Bazarın seqmentləri 2008 (31.10.08) 2007 (31.10.07) Faiz nisbəti
DQİ (AR MN) - (yerləşdirmə) 240.452.780,50 183.938.700,46 130,72%
DQİ (AR MN) - (təkrar bazar) 86.694.093,86 16.499.194,24 525,44%
Notlar (AR MB) - (yerləşdirmə) 1.324.593.318,50 1.503.074.317,30 88,13%
Notlar (AR MB) - (təkrar bazar) 416.683.525,28 187.310.792,38 222,46%
Repo əməliyyatlar 5.098.839.357,28 1.623.655.304,82 314,03%
Cəmi DQK bazarı 7.167.263.075,42 3.514.478.309,20 203,94%
Korporativ istiqrazlar - (yerləşdirmə) 32.320.946,50 25.225.470,25 128,13%
Korporativ istiqrazlar - (təkrar bazar) 14.925.470,93 12.354.499,29 120,81%
Səhmlər - (yerləşdirmə) 139.644.076,67 183.386.528,40 76,15%
Səhmlər - (təkrar bazar) 2.549.671,20 80.835.354,52 3,15%
Cəmi KQK bazarı 189.440.165,30 30.801.852,46 62,77%
CƏMİ 7.356.703.240,72 3.816.280.16,.66 192,77%

Noyabrın 3 - nə olan cari mübadilə məzənnəsi -- 0,8087 AZN/USD.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti