Azərbaycan, Bakı, 21 noyabr / Trend , müxbir Ü.İsmayılova/ "Bakıda noyabrın 26 - 27 - d? "Azərbaycan iqtisadiyyatının modernləşməsi şəraitində əmlak bazarı və qiymətləndirmə fəaliyyətinin inkişaf potensialı və onun beynəlxalq mübadiləsi" mövzusunda beynəlxalq konqres keçiriləcək, - Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin icraçı direktoru Elçin Səmədli deyib.
"Konqresdə müasir əmlak bazarı və əmlakın qiymətləndirilməsinə dair müzakirələr aparılacaq", - Səmədli bildirib.
Tədbirdə Türkiyə, ABŞ, Belarus, Latviya, Moldova, Rusiya, Qürcüstan, Qazaxıstan, Qırğızıstan kimi ökələrin mütəxəssisləri iştirak edəcəklər.
Konqres Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin, "MDB Qiymətləndiricilər Birlikləri" Beynəlxalq Assosiasiyasının Beynəlxalq Maliyyə Korporasiyasının (BMK) təşkilatçılığı ilə keçiriləcək.
Qiymətlənldiricilərin fəaliyyətinin inkişafı ilə bağlı tədbir BMK-nın Texniki Yardım layhiəsinin II mərhələsi çərçivəsində həyata keçirilir. Layihəni Maliyyə Korporasiysı ilə İsveçrənin iqtisadi əlaqələr üzrə Dövlət Katibliyi (State Secretariat for Economic Affairs - SECO) müştərək maliyyələşdirir. Regional qurum olan SEKO Mərkəzi Asiya və Azərbaycanı əhatə etsə də, SECO -nun vəsaitləri yalnız Azərbaycan üçün nəzərdə tutulub.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin üzvləri arasında 80 fiziki, 7 hüquqi şəxs var.
Müəlliflə əlaqə ünvanı: [email protected]