...

Azərbaycanda korporativ sosial məsuliyyət üzrə seminar keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Dekabr 2008 19:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 dekabr/ Trend / İlk dəfə Bakıda Azərbaycan sahibkarları üçün korporativ sosial məsuliyyət  (KSM) üzrə seminar və treninq təşkil olunacaq, - Qarant Sigorta sığorta şirkətinin çərşənbə axşamı yayılmış məlumatında bildirilir.

Bu, Qarant Sigortanın dəstəyi ilə keçiriləcək tədbirlər sırasından birincisidir. Seminar  Avrasiya Əməkdaşlıq Fondu tərəfindən "Azərbaycanda Qlobal Saziş" layihəsi ilə birgə təşkil edilib.

Tədbirdə MHC International Ltd" Konsaltinq Şirkətinin rəhbəri, KSM üzrə mütəxəssis Maykl Hopkins "İqtisadi böhran şəraitində korporativ sosial məsuliyyət" mövzusunda məruzə ilə çıxış edərək, bu sahənin müxtəlif aspektləri və Qərb şirkətlərinin təcrübələri barədə danışacaq.

Dekabrın 5- də Hopkins biznes strukturlarının sosial məsuliyyət, ictimaiyyətlə əlaqələr, marketinq, insan qaynaqları və digər sahələr üzrə orta səviyyəli menecerləri üçün treninq keçirəcək, KSM, onun biznesə təsiri, şirkətin reputasiyasının güclənməsinə yönəlmiş tədbirlər barədə mühazirələr oxuyacaq.

BMT- nin İnkişaf Proqramı (BMTİP) ilə Azərbaycanda İnvestisiyaların və İxracın Təşviqi Fondunun (AZPROMO) birgə həyata keçirdiyi "Azərbaycanda Qlobal Saziş" layihəsi çərçivəsində həyata keçirilən bu tədbirlərə "Qarant Sığorta" Şirkəti ilə yanaşı, ABŞ - ın Beynəlxalq İnkişaf üzrə Agentliyi və digər qurumlar dəstək verir.

Tədbi, BMT-nin İnkişaf Proqramının "Azərbaycanda Qlobal Saziş" layihəsi çərçivəsində,  Azərbaycanda İnvestisiyaların və İxracın Təşviqi Fondu (AZPROMO) ilə birgə keçiriləcək.

Qarant Sığorta BMT-nin "Qlobal Saziş" təşəbbüsünə qoşulan ilk Azərbaycan şirkətidir. Azərbaycan sığorta bazarında korporativ sosial məsuliyyət mədəniyyətini tətbiq edən ilk şirkət olan "Qarant Sığorta" ölkədə təhsilin, mədəniyyətin inkişafı istiqamətində bir neçə böyük layihə həyata keçirib və bu sahədə fəaliyyətini davam etdirmək niyyətindədir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti