...

Həftə ərzində Azərbaycanın valyuta bazarının xülasəsi

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Dekabr 2008 17:35 (UTC +04:00)
Həftə ərzində Azərbaycanın valyuta bazarının xülasəsi

Azərbaycan, Bakı, 08 dekabr / Trend , İ.Xəlilova / Keçən həftənin yekunlarına əsasən, Azərbaycan Milli Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə olan rəsmi məzənnəsi 0,0002 bənd ucuzlaşıb (0,02 faiz). Orta məzənnə 1 ABŞ dollarına 0,8091 manat səviyyəsində müəyyən olunub.

Manata münasibətdə dolların maksimum məzənnəsi dekabrın 2-də (0,8094 manat), minimum isə dekabrın 1-də (1 ABŞ dollarına 0,8088 manat) müəyyən olunub.

ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi
24 noyabr 0,8089 1 dekabr 0,8088
25 noyabr 0,8079 2 dekabr 0,8094
26 noyabr 0,8074 3 dekabr 0,8091
27 noyabr 0,8079 4 dekabr 0,8092
28 noyabr 0,8079 5 dekabr 0,809
Həftə ərzində orta 0,808 Həftə ərzində orta 0,8091

Ötən həftənin yekununa əsasən, müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə Bakı Banklararası valyuta birjasının alış-verişi nəticəsində birja məzənnəsi 0,0001 bənd (0,01 faiz) möhkəmlənib. Orta məzənnə 1 ABŞ dollarına 0,8084 manat səviyyədə müəyyən olunub.

Dolların manata münasibətdə maksimum məzənnəsi dekabrın 4-də (1 ABŞ dollarına 0,8085 manat), minimum isə dekabrın 5-də (1 ABŞ dollarına (0,8083 manat) müəyyən olunub.

Ötən həftə BEST-də həmin gün valytulaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): dekabrın 1-də - 0,8084 AZN/USD məzənnəsi ilə -$0,7 mln., dekabrın 2-də 0,8084 AZN/USD məzənnəsi ilə $2,367 mln, dekabrın 3-də - 0,8084AZN/USD məzənnəsi ilə $2,6 mln. , noyabrın 27-də - 0,8085 AZN/USD məzənnəsi ilə -$3,585 mln və dekabrın 5-də - 0,8083 AZN/USD məzənnəsi ilə $2,165 mln.

ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi
24 noyabr 0,8089 1 dekabr 0,8088
25 noyabr 0,8079 2 dekabr 0,8094
26 noyabr 0,8074 3 dekabr 0,8091
27 noyabr 0,8079 4 dekabr 0,8092
28 noyabr 0,8079 5 dekabr 0,809
Həftə ərzində orta 0,808 Həftə ərzində orta 0,8091
ABŞ dollarına münasibətdə manatın birja məzənnəsi
24 noyabr 0,8085 1 dekabr 0,8084
25 noyabr 0,8076 2 dekabr 0,8084
26 noyabr 0,8071 3 dekabr 0,8084
27 noyabr 0,8071 4 dekabr 0,8085
28 noyabr 0,8074 5 dekabr 0,8083
Həftə ərzində orta 0,80754 Həftə ərzində orta 0,8084

USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığından dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. RUB/AZN və EUR/AZN və T+2 BEST bankları tərəfindən sifarişlər təqdim olunmayıb.

EUR/AZN T+0 aləti üzrə dekabrın 1-də 348 806 manata bərabər həcm qeydə alınıb. Bu sövdələşmədə orta çəkili məzənnə 1 EUR-a 1,026 manat təşkil edib.

Göstərilən dövr ərzində özəlləşdirmə çeklərinə olan qiymət sabit olub və keçən həftənin 18 manat səviyyəsində qalıb.

Müəlliflə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti