...

Ermənistan Yerevan-Batumi avtomobil yolu layihəsinin realizəsi üçün maliyyə axtarır

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Dekabr 2008 16:38 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 09 dekabr/ Trend , müxbir N.Kirtsxaliya/ Ermənistan Batumi-Yerevan avtomobil yolunun tikintisinə vəsaitlərin cəlb edilməsi üzrə fəal iş aparır, - Ermənistanın Baş naziri Tiqran Sarkisyan gürcü həmkarı Qriqol Mqaloblişviliylə birgə mətbuat konfransında bildirib. Gürcüstan və Ermənistan prezidentləri bir neçə ay əvvəl bu yolun tikintisi haqqında razılıq əldə ediblər. Bu qərar gürcü ekspertlərinin mənfi reaksiyasına səbəb olub, belə ki, onların fikrincə, yol Gürcüstanın cənub regionları erməniləşdirməklə təhdid edir və avqustda Rusiya qoşunlarının Tsxinvaliyə yeridildiyi Roksk tuneli rolunu oynaya bilər.

Sarkisyan vurğulayıb ki, artıq bu layihənin realizəsinə müəyyən məbləğ ayırmağa hazır olan "Avrasiya" fondu ilə razılıq əldə edilib. Onun sözlərinə görə, "erməni tərəfi bu yolun tikintisini tam olaraq dəstəkləyir və biz layihənin tezliklə realizəsinə ümid edirik".

"Gürcüstan tərəfi də layihənin realizəsi ilə bağlı səy göstərir və indi Yerevan-Batumi yolunun tikintisi üçün əlavə maliyyə vəsaitlərinin axtarışı gedir", - Mqaloblişvili deyib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti