...

2008 - ci ildə Azərbaycan Beynəlxalq Bankının əmanətləri 25 faizdən çox artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Dekabr 2008 16:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 dekabr/ Trend / Bu gün ölkə əhalisi Azərbaycan Beynəlxalq Bankında (ABB) əmanətlər şəklində 492,7 mln. manat vəsait saxlayır ki, bu da ilin əvvəlinə olan göstəricidən 26,2 faiz  çoxdur, - ABB - nin mətbuat xidmətinin bazar ertəsi yayılan məlumatında deyilir.

Son beş ayda əhalinin əmanətləri 10 faiz, yəni 42,6 mln. manat artıb, noyabr-dekabr ərzində artım 4 faiz (18,8 mln. manat) olub.

ABB - nin depozit portfelində müddətli əmanətlər 344,9 mln. manat təşkil edir. Milli valyutada əmanətlərin xüsusi çəkisi 48 faizdir.

2008 - ci ilin 11 ayı ərzində bankın müştəriləri öz əmanətləri üzrə 37,5 mln. manatdan çox gəlir əldə ediblər ki, bu da ötən illə müqayisədə 1,5 dəfə çoxdur.

ABB - nin əmanətlər xətti, hər bir müştəriyə əmanətə qarşı irəli sürülən tələblər nəzərə alınmaqla, öz pul vəsaitlərinin optimal yerləşdirmə variantını seçmək imkanı  verir: çevik müddətlər (üç aydan 5 ilədək), müştərinin istəyi ilə hər ay və ya hər rüb əmanət üzrə faizləri almağa, məxaric əməliyyatlarını həyata keçirməyə, əmanət üzrə gəlirliliyi artıraraq faizləri kapitallaşdırmağa, İnternet-banking, bankomatlar və s. yolla bankın bölməsinə bilavasitə baş çəkmədən əmanətin müddətini uzatmağa imkan verir.

Dekabrın 22 - nə olan cari mübadilə məzənnəsi -- 0,802 AZN/USD.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti