Azərbaycan,Bakı, 29 dekabr/ Trend , müxbir İ.Xəlilova/ Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Milli Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə olan rəsmi məzənnəsi 0,0002 bənd möhkəmlənib (0,02 faiz). Orta məzənnə 1 ABŞ dollarına 0,8018 manat səviyyəsində müəyyən olunub.
Manata münasibətdə dolların maksimum məzənnəsi dekabrın 24-də 1 ABŞ dolları üçün 0,8022 manat, minimum isə dekabrın 26-da 1 ABŞ dollarına 0,8011 manat müəyyən olunub.
ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi | |||
15 dekabr | 0,805 | 22dekabr | 0,802 |
16 dekabr | 0,8039 | 23dekabr | 0,802 |
17 dekabr | 0,802 | 24dekabr | 0,8022 |
18 dekabr | 0,8008 | 25dekabr | 0,8017 |
19 dekabr | 0,8013 | 26dekabr | 0,8011 |
Həftə ərzində orta | 0,8026 | Həftə ərzində orta | 0,8018 |
Ötən həftənin yekununa əsasən, müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə Bakı Banklararası valyuta birjasının alış-verişi nəticəsində birja məzənnəsi 0,0007 bənd (0,07 faiz) möhkəmlənib. Orta məzənnə 1 ABŞ dollarına 0,80202 manat səviyyədə müəyyən olunub.
Dolların manata münasibətdə maksimum məzənnəsi dekabrın 24-26-da 1 ABŞ dollarına 0,8022 manat, minimum isə dekabrın 22-də 1 ABŞ dollarına 0,8015 manat müəyyən olunub.
Ötən həftə BEST-də həmin gün valytulaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): dekabrın 22-də 0,8015 AZN/USD məzənnəsi ilə $4,205 mln., dekabrın 23-də 0,802 AZN/USD məzənnəsi ilə $0,4 mln., dekabrın 24-də 0,8022 AZN/USD məzənnəsi ilə $0,4 mln., dekabrın 25-də və 26-da sövdələşmələrin həyata keçirilməməsi səbəbindən gündüz sessiyasının məzənnəsi müvafiq olaraq 0,8022 AZN/USD və 0,8022 AZN/USD səviyyəsində qalıb.
ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi | |||
15 dekabr | 0,805 | 22dekabr | 0,802 |
16 dekabr | 0,8039 | 23dekabr | 0,802 |
17 dekabr | 0,802 | 24dekabr | 0,8022 |
18 dekabr | 0,8008 | 25dekabr | 0,8017 |
19 dekabr | 0,8013 | 26dekabr | 0,8011 |
Həftə ərzində orta | 0,8026 | Həftə ərzində orta | 0,8018 |
ABŞ dollarına münasibətdə manatın birja məzənnəsi | |||
15 dekabr | 0,805 | 22 dekabr | 0,8015 |
16 dekabr | 0,8036 | 23 dekabr | 0,802 |
17 dekabr | 0,8036 | 24 dekabr | 0,8022 |
18 dekabr | 0,801 | 25 dekabr | 0,8022 |
19 dekabr | 0,8015 | 26 dekabr | 0,8022 |
Həftə ərzində orta | 0,80294 | Həftə ərzində orta | 0,80202 |
USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığından dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. RUB/AZN və EUR/AZN və BEST bankları tərəfindən sifarişlər təqdim olunmayıb.
Ötən həftə özəlləşdirmə çeklərinin qiymətləri bir manat düşüb və 17 manat təşkil edib. Qiymət azalması dekabrın 25-dən başlayıb.
Özəlləşdirmə çeklərinin istifadə müddəti 2010-cu il yanvarın 1-dək müəyyən olunub.