...

Həftə ərzində Azərbaycanın valyuta bazarının xülasəsi

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Fevral 2009 11:41 (UTC +04:00)
Həftə ərzində Azərbaycanın valyuta bazarının xülasəsi

Azərbaycan, Bakı, 02 fevral/ Trend , müxbir İ.Xəlilova / Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Milli Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə olan rəsmi məzənnəsi 0,0015 bənd ucuzlaşıb (0,15 faiz). Orta məzənnə 1 ABŞ dollarına 0,80546 manat səviyyəsində müəyyən olunub.

Manata münasibətdə dolların maksimum məzənnəsi yanvarın 30-da 1 ABŞ dolları üçün 0,8067 manat, minimum isə yanvarın 27-28-də 1 ABŞ dollarına 0,8048 manat müəyyən olunub.

ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi

19 yanvar

0,8036

26 yanvar

0,8052

20 yanvar

0,8036 

27 yanvar

0,8048

21 yanvar

0,8045

28 yanvar

0,8048

22 yanvar

0,8044

29 yanvar

0,8058

23 yanvar                                                      

0,8054

30 yanvar                                                 

0,8067 

Həftə ərzində orta

0,8043

Həftə ərzində orta

0,80546

Ötən həftənin yekununa əsasən, müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə Bakı Banklararası Valyuta Birjasının alış-verişi nəticəsində birja məzənnəsi 0,0004 bənd (0,04 faiz) ucuzlaşıb. Orta məzənnə 1 ABŞ dollarına 0,80546 manat səviyyədə müəyyən olunub.

Göstərilən dövr ərzində dolların manata münasibətdə maksimum məzənnəsi yanvarın 29-30-da 1 ABŞ dollarına 0,8057 manat, minimum isə yanvarın 26-28-də 1 ABŞ dollarına 0,8053 manat müəyyən olunub.

Həftə ərzində BEST-də həmin gün valytulaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): yanvarın 26 və 27-də sövdələşmə qeydə alınmayıb və bu səbəbdən gündüz sessiyasının məzənnəsi dəyişilməz - 0,8053 AZN/USD  səviyyəsində qalıb, yavarın 28-də iş günü olmadığı üçün sövdələşmələr həyata keçirilməyib vəbunagörə məzənnə əvvəlki gün qeydə alınan səviyyədə qalıb,  yanvarn 28-də isə  - 0,8053 AZN/USD məzənnəsi ilə  $1,41 mln. təşkil edib.

Yanvarın 29-da - 0,8057 AZN/USD  məzənnəsi ilə $1,9 mln., yanvarın 30-da - 0,8057 AZN/USD məzənnəsi ilə $0,56 mln.-a bərabər olub.

ABŞ dollarına münasibətdə manatın birja məzənnəsi

19 yanvar

0,8032

26 yanvar

0,8053

13 yanvar

0,8032

27 yanvar

0,8053

14 yanvar

0,8041

28 yanvar

0,8053

15 yanvar

0,8038

29 yanvar

0,8057

16 yanvar

0,8053

30 yanvar                                                       

0,8057

Həftə ərzində orta

0,80392

Həftə ərzində orta

0,80546

USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığından dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. RUB/AZN və EUR/AZN alətləri üzrə BEST-ə banklar tərəfindən sifarişlər təqdim olunmayıb.

Ötən həftə özəlləşdirmə çeklərinin qiyməti kəskin artıb - 67 faiz. Özəlləşdirmə  çeklərinin alışı 14 manat, satışı isə 15 manata həyata keçirilib.

Bazar ertəsindən vauçerlərin qiyməti 14-15 manatdan 25-26 manatadək artıb.

Özəlləşdirmə çeklərinin satışı 25 manata, alışı isə 26 manata həyata keçirilib. Və yalnız cümə günü  özəlləşdirmə çeklərinin qiyməti bir manat azalaraq 24 manata çatıb.

Özəlləşdirmə çekləri bazarında belə dəyişikliklər dövlət müəssisələrinin özəlləşdirilməsi sahəsində fəallaşma, xüsusilə də hər bir müəssisədə işçi kollektivinə 15 faiz güzəştli satış üçün pay ödəməsinin özəlləşdirmə çekləri vasitəsilə həyata keçirilməsi ilə əlaqədardır. Qiymətlərin artmasının digər səbəbi spekulyativ amildir ki, qiymətli kağızların alqi-satqısı üzrə "qara bazar"da buna rast gəlinir.

Özəlləşdirmə çeklərinin istifadə müddəti  2010-cu il yanvarın 1-dək müəyyən olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı-  [email protected]

Xəbər lenti

Xəbər lenti