Azərbaycan, Bakı, 12 fevral / Trend , müxbir Ü.İsmayılova / "Azərbaycan prezidenti İlham Əliyevin fevralın 10-11-də Küyevtə rəsmi səfəri zamanı turizm sahəsində əməkdaşlıq haqda ikitərəfli müqavilə imzalanıb", - Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin məlumatında deyilir.
Müqavilənin imzalanmasında məqsəd Azərbaycan və Küveyt arasında turizm sahəsində münasibətləri inkişaf etdirməkdir.
Bir müddət əvvəl Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib ki, 2009-cu ildə dünya maliyyə böhranı üzündən ölkədə turizm üzrə artım 10-12 faizi ötməyəcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]