...

Yayda Bakıda II Azərbaycan Beynəlxalq Sığorta Forumu keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Aprel 2009 17:11 (UTC +04:00)
Yayda Bakıda II Azərbaycan Beynəlxalq Sığorta Forumu keçiriləcək

Azərbaycan, Bakı, 14 aprel / Trend , müxbir Ü.İsmayılova /

İyulun 9-10-da Bakıda II Azərbaycan Beynəlxalq Sığorta Forumu keçiriləcək. Bu barədə çərşənbə axşamı Azərbaycan Sığortaçılar Assosiasiyasının icraçı direktoru Qafar Məcidov bildirib. Foruma informasiya dəstəyini Trend informasiya agentliyi göstərəcək.

Məcidov bildirib ki, assosiasiyanın işçi qrupu ötən həftə forumun keçirilmə vaxtını və proqramını təsdiq edib. Bu forum əvvəlkindən fərqi olacaq.

Ötən ilin iyulunda Bakıda iki günlük I Azərbaycan Beynəlxalq Sığorta Forumu keçirilib. Forum Maliyyə Nazirliyinin dəstəyi ilə Sığortaçılar Assosiasiyası tərəfindən təşkil olunub.

Forum Azərbaycan sığorta bazarının inkişaf tendensiyası, Avropa ölkələrinin sığorta bazarları təcrübəsinin ölkənin sığorta sektoruna təsiri, sığorta həyatının inkişafı, sığorta bazarının ölkənin maliyyə sistemi kimi təhlili və sığortada korporativ idərəetmə məsələlərinə həsr olunub.

Forumda Polşanın Təkrar Sığorta Cəmiyyəti, SFS şirkəti, "Rusiya" Sığorta Cəmiyyəti, Köln Təkrar Sığorta Cəmiyyətinin Moskva nümayəndəliyi, Allianz QSC, ROSNO, İnqosstrax sığorta şirkətlərinin nümayəndələri iştirak edib.

Azərbaycan Sığortaçılar Assosiasiyası 2006-cı ilin dekabrında təsis edilib. Ölkədə fəaliyyət göstərən sığortaçılar onun üzvləridir. Təşkilatın müşahidəçi şurasına Azərbaycanın beş sığorta şirkəti - MBASK, Standard Insurance, Beynəlxalq Sığorta Şirkəti, Azersigorta və Ateshgah daxildir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti