Azərbaycan, Bakı, 05 may / Trend /
Bir müddət bundan əvvəl öz Dost-Tanış nömrələrinin sayını artırıb, onlarla güzəştlə danışan Azərbaycanın GSM operatoru olan "Azercell" abonentləri indi həmin nömrələrə SMS və MMS-ləri 50 faiz güzəştlə göndərmək imkanı əldə edəcəklər. Bu barədə şirkətin məlumatında bildirilir.
Mayın 5-dən start verilən və 6 ay davam edəcək kampaniya dövründə fakturasız xətt abonentləri Dost-Tanış nömrələrinə 50 faiz güzəştlə bolluca SMS və MMS göndərə bilərlər.
" "Azercell" bundan sonra da, abonentlərini maraqlı və sərfəli kampaniyaları ilə sevindirməyə davam edəcək. Bu yay abonentləri daha maraqlı sürprizlər gözləyir", - deyə şirkətin məlumatında bildirilir.
Azercell Telecom Azərbaycanın iri mobil rabitə operatorudur və 3,5 milyondan çox abünəçiyə xidmət göstərir.