...

Analizlər azərbaycanlı ailədə "donuz qripi" aşkar etməyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 May 2009 14:27 (UTC +04:00)
Analizlər azərbaycanlı ailədə "donuz qripi" aşkar etməyib

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 27 may / Trend , müxbir S.Babayeva /

Azərbaycanın Saatlı rayonu Naxarlı kəndinin sakinləri olan bir ailənin beş üzvündən götürülən analizlərin nəticələri A (H1N1) virusunun olduğunu təsdiq etməyib. Bu barədə çərşənbə günü Respublika taun əleyhinə stansiyanın rəis müavini Şair Qurbanov deyib.

"Onların vəziyyəti yaxşılaşmaq üzrədir, vəziyyətləri qənaətbəxş hesab olunur. Diaqnoz əvvəl xəstəxanaya gətirilən zaman qoyulan - enterokolit [nazik və yoğun bağırsaq iltihabı]  diaqnozu olaraq qalır", - deyə Qurbanov bildirib.

Ötən həftə Qasımovlar ailəsi - 77 yaşlı Alqulşad Qasımov, 72 yaşlı Bilkə Qasımova, 52 yaşlı Akif Qasımov və onun həyat yoldaşı 47 yaşlı Pəri Qasımova yüksək temperatur və ürək bulanması səbəbindən xəstəxanaya yerləşdirilib. Ailənin digər üzvü Şahin Qasımov sonradan epilepsiyadan rəhmətə gedib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti