Azərbaycan, Bakı, 06 iyul / Trend , müxbir Ü.Hüseynova /
İyunda Bakının torpaq bazarında qiymətlərin 2,5 faiz enməsi müşahidə olunub. Bir sotun qiyməti 20,07 min dollardan 19,58 min dollara düşüb. Bu barədə bazar ertəsi "Əmlak bazarı iştirakçıları" İctimai Təşkilatından məlumat verilib.
Ən çox qiymət enməsi Bakının Suraxanı rayonunda baş verib - 3,5 faiz. Qaradağ rayonunda qiymətlərin bir faiz artımı müşahidə olunub. Əzizbəyov rayonunda artım 0,7 faiz təşkil edib. Ötən ay bazarda ən fəal rayonlar Binəqədi və Nərimanov olub. Nəsimi rayonu isə ən passivi olub.
Keçən ay bazarda 809,2 hektar sahə təklif olunub. Onlardan 77 faizi boş sahələr olub.
İyunda bazarda torpaq sahələrinin ekspozisiya müddəti 1,3 faiz çoxalaraq 229 günə çatıb.
İyunda ən bahalı torpaq sahəsi Nərimanovda təklif olunub - sotu 320 min dollar. Ən ucuzu isə Sabunçu rayonunda təklf olunub - sotu 350 dollar.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]