...

İyunda Bakının avtomobil bazarında tələbat azalıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 İyul 2009 17:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 iyul / Trend , müxbir Ü.İsmayılova /

İyun ayında Bakının avtomobil bazarında may ayı ilə müqayisədə 4,2 faizlik təklif artımı olub. Bu barədə cümə axşamı "Əmlak bazarının iştirakçıları" İctimai Təşkilatından bildirilib.

"Təklif artımına baxmayaraq bazarda tələbat 5,7 faiz azalıb. Bu da avtomobil bazarı üçün mövsümi dövr olmaması ilə əlaqədardır", - təşkilatdan deyilib.

Ay ərzində müraciətlərin sayında da azalma müşahidə edilib ki, bu da avtomobillərin alqı-satqı sövdələşmələrində 3,6 faizlik azalmaya gətirib çıxarıb. 

İyunda avtomobillərin orta qiyməti 16,24 min dollar təşkil edib. Tələbatın azalması da avtomobillərin ekspozisiya müddətinə təsir göstərib. Ekspozisiya müddəti iki gün artaraq 92 gün təşkil edib. Bu isə risk səviyyəsinin artmasına, likvidlik səviyyəsinin azalmasına gətirib çıxarıb. 

Ötən ayda bazara 6,58 min avtomobil təklif edilib ki, onların da 41,1 faizi iyun ayında, qalan 58,9 faizi isə ötən aydan bazarda qalıb.

Bazar portfelinin böyük hissəsini (35,2 faiz) "Mercedes-Benz" markalı avtomobillər, qalan 64,8 faizini isə doqquz aparıcı avtomobil markaları təşkil edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti