...

Nikoil Bank Azərbaycanın turizm operatorları ilə razılaşma imzalayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 İyul 2009 17:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 iyul / Trend /

Nikoil Bank-ın ixtisaslaşdırılmış bölməsi olan Banking Azərbaycanın turizm operatorları ilə razılaşma imzalayıb. Bu barədə çərşənbə axşamı bankın yaydığı məlumatda deyilir.

İndi Nikoil Private Banking müştəriləri unikal turistik xidmətlər əldə edə bilərlər. Bank mütəxəssisləri öz müştərilərinin səyahət etmələri üçün turizm operatorları ilə birgə xüsusi təkliflər və endirim sistemi hazırlayıb.

Nikoil Private Banking ixtisaslaşdırılmış bank bölməsi 2009-cu ildə imkanlı şəxslərə xidmət göstərilməsi üçün yaradılıb və fəaliyyətini şəxsi kapitalın idarə olunması sahəsinin bütün spektorlarına yönəldib.

Nikoil Bank Azərbaycanda 1997-ci ildən fəaliyyət göstərir. 2008-ci ildə "Topaz İnvestments" şirkəti tərəfindən Nikoil Bank-ın nəzarət paketi alındıqdan sonra səhmdarların iştirakı aşağıdakı kimidir: "Topaz İnvestments" - 53,1%,  Nikoil QSC - 28,7%, "Uralsib-İnvest" MMC - 13,9% və ISR Holding - 4,3%.

Xəbər lenti

Xəbər lenti