Bakı Fond Birjası "Azərdəmiryolbank"-ın səhmlərinin yerləşdirilməsinə başlayır

Biznes və iqtisadiyyat xəbərləri Xəbər 20 İyul 2009 18:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 iyul / Trend /

İyul 27-dən Bakı Fond Birjası (BFB) "Azərdəmiryolbank" ASC-nin adi adlı sənədli səhmlərinin yerləşdirilməsinə başlayır. Bu barədə BFB-dən məlumat verilib.

Emissiyanın həcmi bir milyon manat təşkil edir, bir istiqrazın nominal dəyəri 0,20 manatdır.

Emissiya prospektinə görə, yerləşdirmə BFB-də açıq yazılma üsulu ilə keçiriləcək. Səhmlərin yerləşdirilməsində anderrayter rolunda "ADB Broker" MMC çıxış edəcək.

"Azərdəmiryolbank" ASC 1989-cu ildə təsis edilib. Bankın səhmdarları arasında Avropa Yenidənqurma və İnkişaf Bankı və Niderland Maliyyə İnkişaf Şirkəti (FMO) var. Paytaxt Bakıda və regionlarda bankın 31 filialı və şöbəsi fəaliyyət göstərir.

İyulun 20-nə olan rəsmi məzənnə 0,8041 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti