...

Azərbaycanın Sığortaçılar Assosiasiyası İdarə Heyətinə yeni sədirin seçilməsinə hazırlaşır

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Sentyabr 2009 13:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 sentyabr / Trend , müxbir Ü.İsmayılova /

Sentyabrda Azərbaycanın Sığortaçılar Assosiasiyasının (ASA) İdarə Heyətinmin növbəti iclası keçirilək. İclasda assosiasiyanın İdarə Heyətinin yeni sədri seçiləcək. Çərşənbə axşamı ASA-nın icraçı direktoru Qafar Məcidov bildirib.

"Assosiasiyanın yeni sədri "Ateshgah" şirkətinin İdarə Heyətinin sədri Azər Əliyev seçiləcək", - Məcidov bildirib.

Onun sözlərinə əsasən, assosiasiyanın iclasının keçirilməsinin dəqiq tarixi yaxın zamanda məlum olacaq.

Assosiasiyanın İdarə Heyətinin ilk sədri Kamal İbrahimov (Standard Insurance SŞ), ikinci və hazırkı sədr isə Cəmil Məlikovdur (MBASK SŞ).

Azərbaycanın Sığortaçılar Assosiasiyasının müşahidə şurasına Azərbaycanın beş sığorta şirkəti daxildir (MBASK, Standard Insurance, Beynəlxalq Sığorta şirkəti, Azersigorta, Ateshgah). Müşahidə şurasının hər beş üzvündən biri nizamnaməyə əsasən, ardıcıl olaraq bir il müddətinə Assosiasiyaya sədrlik edir.

Azərbaycanın Sığortaçılar Assosiasiyası 2006-cı ilin dekabrında təsis edilib.

Azərbaycanda 28 sığorta və bir təkrar sığorta şirkəti fəaliyyət göstərir. Onların hər biri ASA-nın üzvüdür.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti