...

"Azersun Holding" yerli istehsalçılardan zeytun qəbuluna başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Oktyabr 2009 15:13 (UTC +04:00)
Azərbaycanın böyük ərzaq məhsulları istehsalçısı "Azersun Holding" yerli istehsalçılardan zeytun qəbuluna başlayıb, bu barədə cümə günü şirkətin İctimaiyyətlə əlaqələr və sosial layihələr şöbəsinin müdiri Afiq Səfərov bildirib.
"Azersun Holding" yerli istehsalçılardan zeytun qəbuluna başlayıb

Azərbaycan, Bakı, 09 oktyabr / Trend , müxbir Ü.İsmayılov/

Azərbaycanın böyük ərzaq məhsulları istehsalçısı "Azersun Holding" yerli istehsalçılardan zeytun qəbuluna başlayıb, bu barədə cümə günü şirkətin İctimaiyyətlə əlaqələr və sosial layihələr şöbəsinin müdiri Afiq Səfərov bildirib.

"Yerli sitehsalçılardan zeytunun bir kiloqramı 0,50 manata alınır", - Səfərov bildirib.

Onun sözlərinə əsasən, Abşeron rayonunda yerli istehsalçılardan zeytun qəbulu ölkədə zeytunçuluq sahəsinin inkişafına imkan verəcək.

2991-ci ildə Azərbaycanda əsası qoyulan "Azersun Holding" hazırda ərzaq məhsulları istehsalı, ticarət və kənd təsərrüfatı sahəsində ölkədə lider şirkətdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti