Azərbaycan, Bakı, 19 oktyabr / Trend , müxbir Ü.İsmayılova/
Oktyabrın 25-i saat 05:00-dan etibarən qış vaxtına keçidlə əlaqədar Azərbaycanda saatlar bir saat geri çəkiləcək. Bu barədə Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən bazar ertəsi məlumat verilib.
Azərbaycanda yay vaxtına keçid Nazirlər Kabinetinin qərarı əsasında 17 mart 1997-ci ildən həyata keçirilir.
Nazirlər Kabinetinin qərarına əsasən, martın son bazar gününə keçən gecə Azərbaycan yay vaxtına keçir və saatlar bir saat qabağa çəkilir, oktyabrın son bazar gününə keçən gecə isə qış vaxtına keçir və saatlar bir saat geri çəkilir.
Bu qərarın həyata keçirilməsinə Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi nəzarət edir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]