...

Azərbaycanda "donuz qripi"ndən müalicə olunan sonuncu xəstə evə buraxılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Noyabr 2009 14:07 (UTC +04:00)
Bu gün Azərbaycanın Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda müalicə kursu keçdikdən sonra A/H1N1 yoluxmuş sonuncu xəstə evə buraxılıb. Bu barədə şənbə günü xəstəxananın baş həkimi Xəyyam Məmmədov bildirib.
Azərbaycanda "donuz qripi"ndən müalicə olunan sonuncu xəstə evə buraxılıb

Azərbaycan, Bakı, 21 noyabr / Trend , müxbir Ü.İsmayılova/

Bu gün Azərbaycanın Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda müalicə kursu keçdikdən sonra A/H1N1 yoluxmuş sonuncu xəstə evə buraxılıb. Bu barədə şənbə günü xəstəxananın baş həkimi Xəyyam Məmmədov bildirib.

"Xəstə "donuz qripi", ikitərəfli sətəlcəm və digər ağırlaşmalara görə davam edən müalicə kursundan sonra tamamilə sağalıb", - Məmmədov bildirib.

Onun sözlərinə görə, bu gün xəstə sonuncu yoxlama müayinəsindən keçib, müayinənin nəticələri müsbət olub və həkimlər onu evə buraxmağa qərar veriblər.

"Hazırda Azərbaycanda "donuz qripi" virusunun olması ilə bağlı laboratoriya analizləri keçirilir. Yeni yoluxma halları qeydə alınmayıb", - şənbə günü Respublika Taun Əleyhinə Stansiya direktorunun müavini Şahin Qurbanov bildirib.

Bu günədək Azərbaycanda "donuz qripi"nə 14 yoluxma halı qeydə alınıb. İlk fakt yayda aşkar edilmişdi.

Azərbaycan Səhiyyə Nazirliyinin tərkibinə daxil olan bütün tibb müəssisələri ölkəyə "donuz qripi" - A/H1N1 virusunun daxil olması səbəbindən gücləndirilmiş iş rejiminə keçiblər. Nazirlik ölkə üzrə bütün tibb personalına müəssisələrdə profilaftik təbdirlərin keçirilməsini və hər bir yerli poliklinikada qeydiyyatda olan şəxslərin ərazi üzrə yoxlanmasını tapşırıb.

Xəbər lenti

Xəbər lenti