...

Azərbaycanda 2009-cu ilin yekunları üzrə inflyasiya 1,5 faiz təşkil edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Yanvar 2010 19:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 yanvar / Trend , müxbir N.İsmayılova/

2009-cu ildə Azərbaycanda istehlak malları və tariflərin qiyməti 2008-ci illə müqayisədə 1,5%, dekabr ayı ərzində isə 0,8% artıb. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Dekabrda ərzaq məhsullarının qiyməti 1,4%, qeyri-ərzaq məhsullarının qiyməti isə 0,2% artıb. Tariflərin qiyməti isə dəyişməz olaraq qalıb.

2008-ci illə müqayisədə ərzaq məhsullarının qiyməti ötən il 1,5% azalıb, qeyri-ərzaq məhsullarının qiyməti 3,4%, xidmət tariflərinin qiyməti isə 7,1% artıb.

Dekabr ayında məhsul və xidmətlərin tutulmasına görə hesablanmış, mövsümi dəyişikliklərə meyilli məhsulların və dövlət tərəfindən tənzimlənən istehlak qiymətlərinin bazis indeksi noyabrla müqayisədə 100,3%, il ərzində isə 2008-ci illə müqayisədə 101,6% olub.

Xəbər lenti

Xəbər lenti