...

Azərbaycanda təxminən 180 kiloqram vaxtı ötmüş ərzaq məhsulları satışdan çıxarılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Fevral 2010 19:09 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti növbəti monitorinqlər zamanı təxminən 180 kiloqram istifadə müddəti ötmüş ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib.
Azərbaycanda təxminən 180 kiloqram vaxtı ötmüş ərzaq məhsulları satışdan çıxarılıb

Azərbaycan, Bakı, 01 fevral / Trend /

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti növbəti monitorinqlər zamanı təxminən 180 kiloqram istifadə müddəti ötmüş ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib. Bu barədə nazirliyin bazar ertəsi yayılan məlumatında deyilir.

Monitorinqlər Bakının Nərimanov və Binəqədi rayonlarında keçirilib.

Ticarət obyektlərindən kolbasa və qənnadı məmulatları, yağlar, süd və süd məhsulları, pivə, meyvə şirələri, sular, düyü, kofe və s. kimi ərzaq məhsulları satışdan çıxarılıb.

İstehlakçı hüquqlarını pozan fiziki və hüquqi şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokol tərtib edilib.

Dövlət Xidməti istehlakçıları məhsul alarkən aldıqları məhsulun etiketinə və istifadə müddətinə diqqət yetirməyə çağırır. İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.

Xəbər lenti

Xəbər lenti