Azərbaycan, Bakı, 04 fevral / Trend , müxbir N.İsmayılova/
Azərbaycan hökuməti kredit kooperativləri haqqında yeni qanun layihəsi üzrə işlər görür. Bu barədə cümə axşamı ölkənin Kredit İttifaqları Assosiasiyasının yaydığı məlumatda bildirilir.
"Azərbaycanda kredit ittifaqları haqqında hazırkı qanun 2000-ci ildə qəbul edilib. Qəbul edilmiş qanunun tam hazırlanması və beynəlxalq normalara cavab verən yeni qanunun qəbulu vacibdir", - məlumatda bildirilir.
Bunu nəzərə alaraq, ölkə rəhbərliyi kooperasiya haqqında çərçivə qanununun qəbul olunması haqqında qərar qəbul edib və bu qanun əsasında kredit kooperativləri (maliyyə kooperativləri) haqqında qanun layihəsinin işlənməsi həyata keçirilir.
Bu qanunların qəbul olunması kənd yerlərində məşğulluğun artırılmasına, ucqar yerlərdə yaşayan əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsinə və maliyyə xidmətlərinin göstərilməsinə müsbət təsir edəcək.