...

Heydər Əliyev adına Beynəlxalq aeroport təyyarələrin uçuşu və enişi üzrə məhdudiyyəti uzadıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Fevral 2010 14:28 (UTC +04:00)
Heydər Əliyev adına Bakı Beynəlxalq aeroportu pis hava şəraiti ilə əlaqədar olaraq təyyarələrin uçuşu və enişi üzrə məhdudiyyəti Bakı vaxtı ilə saat 13:00-dan 15:00-dək uzadıb. Bu barədə cümə günü "Azərbaycan Hava Yolları" QSC-dən deyilib.
Heydər Əliyev adına Beynəlxalq aeroport təyyarələrin uçuşu və enişi üzrə məhdudiyyəti uzadıb

Azərbaycan, Bakı, 05 fevral / Trend , müxbir E.İsmayılov/

Heydər Əliyev adına Bakı Beynəlxalq aeroportu pis hava şəraiti ilə əlaqədar olaraq təyyarələrin uçuşu və enişi üzrə məhdudiyyəti Bakı vaxtı ilə saat 13:00-dan 15:00-dək uzadıb. Bu barədə cümə günü "Azərbaycan Hava Yolları" QSC-dən deyilib.

"Müddət artıq saat 15:00-dək uzadılıb. Bu cür hava şəraitində sadəcə olaraq uçuş həyata keçirmək mümkün deyil", - AZAL-dan deyilib.

AZAL-dan deyildiyi kimi, bu qadağa gün ərzində yenə də uzadılacaq.

Uçuş üçün əlverişli olmayan hava şəraitinə baxmayaraq, bir az bundan əvvəl Pulkovsk hava yolunun "Sankt-Peterburq-Bakı-Sankt-Peterburq" reysinin enişi həyata keçirilib.

Hazırda Almanıyanın Lufthansa avia şirkətinə məxsus təyyarə "Bakı-Frankfurt" marşutu ilə uçuşa tam hazırdır, lakin uçuşa icazə verilməyib.

Həmçinin hazırda Britaniya və Türkiyə aviaşirkətlərinin təyyarələri uçuşa hazırlaşır, AZAL-dan deyilib.

Xəbər lenti

Xəbər lenti