...

Azərbaycanın bank olmayan kredit təşkilatının istiqrazlarının yerləşdirilmə müddəti elan edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Fevral 2010 19:23 (UTC +04:00)
Martın 1-dən etibarən Bakı Fond Birjasında "OMNI Finance" bank olmayan kredit təşkilatının təmin edilmiş, faizli, adlı, sənədsiz istiqrazlarının yerləşdirilməsinə başlanılacaq.

Azərbaycan, Bakı, 25 fevral / Trend /

Martın 1-dən etibarən Bakı Fond Birjasında (BFB) "OMNI Finance" bank olmayan kredit təşkilatının (BOKT) təmin edilmiş, faizli, adlı, sənədsiz istiqrazlarının yerləşdirilməsinə başlanılacaq. Bu barədə BFB-nin cümə axşamı yayılan məlumatında deyilib.

Emisiyaların həcmi 500 min manat təşkil edir, qiymətli kağızların sayı hər birinin nominal dəyəri 1000 manat olmaqla 500 ədəd təşkil edir.

İstiqraz üzrə gəlirlilik 14 faiz, tədavül müddəti 365 gün təşkil edir. Faizlərin ödənilməsi istiqrazların yerləşdirilməsinə başlanma tarixindən etibarən hər rübün son iş günü icra ediləcək. OMNI Finance-ın istiqrazlarının yerləşdirilməsinin anderrayteri qismində Texnika Kapital Menecment MMC çıxış edəcək.

Fevralın 25-nə olan rəsmi məzənnə 0,8035 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti